Argentina millisinin üzvü “Çelsi”də

Baş səhifə

Bakı. Trend:

“Çelsi” hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Trend xəbər
verir ki, Premyer Liqa nəhəngi “Brayton”dan Fakundo Buonanotteni
icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat
yayıb.




Argentina millisinin üzvü 2025/2026 mövsümünü icarə əsasında “Çelsi”nin heyətində keçirəcək.

Qeyd edək ki, “Brayton” Facundo Buonanotteni 2023-cü ilin yanvar
ayında “Rozario Sentral”dan transfer edib. 20 yaşlı hücumameyilli
yarımmüdafiəçi ötən mövsüm icarə əsasında “Lester Siti”də çıxış
edib. Gənc futbolçu “tülkülər”in heyətində meydana çıxdığı 35 rəsmi
matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir