​“Real” o futbolçudan imtina etdi –

Baş səhifə

“Real Madrid” “Milan”dan ayrılmaq üzrə olan Aleks Ximenez üçün geri almaq hüququndan istifadə etməyib.

Metbuat.az xəbər verir ki, “Real”ın heyətini gücləndirmək ehtimalı gündəmə gəlsə də, klub gənc müdafiəçini almaqdan imtina edib.

Qeyd edək ki, ötən il “Milan” Aleks Ximenezi “Real”dan 5 milyon avroya transfer edib. “Real”ın müdafiəçini 9 milyon avroya yenidən almaq hüququna sahib idi. İnsayder Fabrizio Romanonun xəbərinə görə, Ximenez karyerasını İngiltərədə davam etdirəcək. O, “AFC Bornmut”la anlaşıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.