Slovakiyanın baş naziri Pekində Putin və Si Cinpinlə görüşəcək

Baş səhifə

Bakı. Trend:

Slovakiyanın baş naziri Robert Fitso İkinci Dünya Müharibəsində
Qələbənin 80-ci ildönümü ilə bağlı şənliklərdə iştirak etmək üçün
Çinə yollanır və Pekində Rusiya Prezidenti Vladimir Putin və Çin
Prezidenti Si Tsinpinlə görüşməyi planlaşdırır.

Trend-in
məlumatına görə, bu barədə baş nazir “Facebook” səhifəsində
paylaşılan viodeo müracitəində bildirib.




Robert Fitso əlavə edib ki, Slovakiyaya qayıdandan sonran isə
Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək
niyyətindədir.

“Təsdiq etmək istərdim ki, Pekinə səfərim zamanı Çin Prezidenti
Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin və orada iştirak edən
digər dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcəm. Pekindən
qayıtdıqdan sonra cümə axşamı axşam saatlarında Slovakiyanın
şərqinə gedəcəm və orada cümə günü Ukrayna prezidenti Vladimir
Zelenski ilə ikitərəfli görüş keçirəcəm”, – deyə o qeyd edib.