“İctimai” TV Trend İnformasiya Agentliyinin yaranmasının 30 illiyi münasibətilə reportaj hazırlayıb (VİDEO)

Baş səhifə

Bakı. Trend:

“İctimai” TV Trend İnformasiya Agentliyinin yaranmasının 30
illiyi münasibətilə reportaj hazırlayıb.

Reportajda qeyd edilib ki, üç onillik ərzində Trend beynəlxalq
infromasiya bazarına çıxaraq Azərbaycanın səsini dünyaya çatdırmağa
bacarıb.

Bildirilib ki, “Trend” İnformasiya Agentliyi bu illər ərzində
Azərbaycan mediasında öz süzünü deyən bir məktəbə çevirilib, burada
yetişən jurnalistlər bu gün ölkənin müxtəlif media orqanlarında
uğurlu fəaliyyət göstərirlər.

“Trend Beynəlxalq İnformasiya Agentliyinin 30 illiyi Azərbaycan
mediası üçün mühüm bir tarixdir, çünki bu yol həm də pəşəkarlığın,
operativliyin və etimadın yoludur”, – deyə reportajda
bildirilib.




Qeyd edək ki, Trend İnformasiya Agentliyi 1995-ci ildə təsis
olunub və ötən müddətdə Azərbaycanın aparıcı media qurumlarından
birinə çevrilib. Agentlik Azərbaycan, rus, ingilis dillərində
yayımladığı xəbərlərlə yalnız ölkə daxilində deyil, həm də
beynəlxalq informasiya məkanında geniş auditoriyaya çıxış əldə
edib. Trend hazırda iqtisadiyyat, siyasət, cəmiyyət, mədəniyyət və
idman sahələrində operativ xəbərlər təqdim etməklə yanaşı, analitik
materialları ilə də seçilir. Bu gün agentlik həm Azərbaycan, həm də
region üzrə əsas və etibarlı xəbər mənbələrindən biri kimi
fəaliyyətini uğurla davam etdirir.

Daha ətraflı videomaterialda: