
Bakı. Trend:
“ATV” telekanalı Trend İnformasiya Agentliyinin yaranmasının 30
illiyi münasibətilə reportaj hazırlayıb.
Reportajda qeyd edilib ki, 1995-ci ildə Azərbaycan yaradılan
Trend İnformasiya Agentliyi Cənubi Qafqazda və Xəzər regionunda,
eləcə Mərkəzi Asiyada aparıcı xəbər tədarükçülərindəndir.
“Trend Beynəlxalq İnformasiya Agentliyi Azərbaycan, Gürcüstan,
İran, Qazaxıstan, Türkmənistan və Özbəkistanda, həmçinin bir sıra
Avropa ölkələrində daimi müxbirlərə malikdir. İnformasiya
müharibəsinin geniş aldığın bir dövrdə daim oxucularına operativ,
obyektiv və qərəzsiz çatdırna agentliyə bol oxucu kütləsi və
yorulmaz fəaliyyətində uğurlar arzu edirik”, – deyə bildirilib.
Qeyd edək ki, Trend İnformasiya Agentliyi 1995-ci ildə təsis
olunub və ötən müddətdə Azərbaycanın aparıcı media qurumlarından
birinə çevrilib. Agentlik Azərbaycan, rus, ingilis dillərində
yayımladığı xəbərlərlə yalnız ölkə daxilində deyil, həm də
beynəlxalq informasiya məkanında geniş auditoriyaya çıxış əldə
edib. Trend hazırda iqtisadiyyat, siyasət, cəmiyyət, mədəniyyət və
idman sahələrində operativ xəbərlər təqdim etməklə yanaşı, analitik
materialları ilə də seçilir. Bu gün agentlik həm Azərbaycan, həm də
region üzrə əsas və etibarlı xəbər mənbələrindən biri kimi
fəaliyyətini uğurla davam etdirir.
Daha ətraflı videomaterialda: