
Bakı. Trend:
Braziliya prezidenti Luis İnasiu Lula da Silva videokonfrans
vasitəsilə BRİKS-in fövqəladə sammitinə hazırlıqlarını davam
etdirir. O, Ümumdünya Ticarət Təşkilatında (ÜTT) islahatlarla bağlı
icma üzvlərinə təkliflər irəli sürmək niyyətindədir.
Trend-in
məlumatına görə, bu barədə “CNN Brasil” televiziya kanalı xəbər
verib.
Məlumata əsasən, Lula da Silva həmçinin ABŞ-nin tarif
tədbirlərinə BRİKS-in ümumi reaksiyası imkanlarını müzakirə etmək
niyyətindədir.
Qeyd olunub ki, Braziliya rəhbərliyi iclasda icmanın bütün
tamhüquqlu üzvlərinin, xüsusilə Rusiya, Çin, Hindistan və Cənubi
Afrikanın liderlərinin iştirakını təmin etməyə çalışır.

