Bir saat ərzində Yerdə maqnit qasırğaları ola bilər

Baş səhifə

Bakı. Trend:

Güclü partlayış nəticəsində Günəş plazma buludu Yerə çatıb, bir
saat ərzində maqnit qasırğası başlaya bilər.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının
Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası
və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası
İnstitutu məlumat yayıb.




“[Günəş plazma buludu] Yerə indicə zərbə vurdu. Egər [Geomaqnit
sahəsini] yarıb keçsə, bir saat ərzində [qütb] işıqlar və [maqnit]
qasırğaları olacaq”, – deyə bildirilib.

Laboratoriyada qeyd ediblər ki, püskürməsi M2.76 məşəllə
müşayiət olunan günəş materialı 650 km/s sürətlə Yerə doğru
uçub.