
Sudanın qərbində torpaq sürüşməsi minlərlə kəndlinin həyatına son qoyub.
APA xarici mediaya istinadən xəbər verir ki, torpaq sürüşməsi zamanı tamamilə yox olan bir kəndin sadəcə bir sakini sağ qala bilib.
Sürüşməyə səbəbin güclü leysan yağışlarının olduğu bildirilir. Rayonun sitrus meyvələrinin istehsalı üzrə ixtisaslaşan ən məhsuldar kənd təsərrüfatı ərazilərindən biri kimi tanındığını qeyd edilir.