ABŞ rəsmiləri Rusiyaya qarşı atılacaq addımları müzakirə edəcək

Baş səhifə

Bu həftə ABŞ hökuməti Ukraynada davam edən münaqişə ilə əlaqədar Rusiyaya qarşı atıla biləcək bütün mümkün variantları çox yaxından öyrənməyi planlaşdırır.

APA xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent deyib.

“Düşünürəm ki, prezident Trampla bütün variantlar masadadır və biz bu həftə onları çox diqqətlə araşdıracağıq”, – o bildirib.

Bessent əlavə edib ki, Rusiyaya qarşı atılacaq addımları nəzərdən keçirmək qərarı Rusiya prezidenti Vladimir Putinlə Trampın Alyaskada keçirilən görüşündən sonra Moskvanın Ukrayna ərazisinə zərbələri artırması ilə bağlıdır.