
Polşa Ordusunun Baş Qərargahı Rusiya ilə Belarusun “Zapad-2025” təlimlərinə cavab olaraq Polşanın şərqində NATO-nun “Dəmir Müdafiəçi” hərbi təlimlərinin başladığını elan edib.
APA xəbər verir ki, bu haqda Polşa ordusunun Baş Qərargahından məlumat verilib.
“Dəmir Müdafiəçi təlimləri quruda, dənizdə və havada başlayıb. Təlimlərdə 30 mindən çox hərbçi iştirak edir”, – məlumatda deyilir.