
Bakı. Trend:
“WhatsApp” messencerinin istifadəçiləri tətbiqdə bu yaxınlarda
aşkar edilmiş qüsura görə təhlükə altında olublar və ehtimal edilir
ki, artıq hakerlərin hücumuna məruz qalıblar.
Trend-in
məlumatına görə, bu barədə ABŞ hökumətinin Milli Zəifliklər
Repizotoriyasının məlumatlarında qeyd olunub.
“Meta” şirkəti “WhatsApp”da zəifliyi ciddilik reytinqi şkalası
üzrə 10 baldan 5,4, ABŞ Kibertəhlükəsizliyi və İnfrastrukturun
Mühafizəsi Agentliyi isə 10 baldan 8 bal qiymətləndirib ki, bu da “yüksək” hesab olunur.
Qüsur “iOS” və “macOS” əməliyyat sistəmləri üçün “WhatsApp” və “WhatsApp Business”də əlaqəli cihaz sinxronizasiya mesajlarının
natamam avtorizasiyası” ilə bağlıdır. Haker bunu vasitəsilə həmin
cihazlarda URL-lərin məzmununu emal etmək üçün istifadə edə
bilərdi.