İsmayıllının bu kəndlərində işıq olmayacaq

Baş səhifə

Bakı. Trend:

İsmayıllıda gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin
verilişində fasilə yaranacaq.

“Azərişıq”dan Trend-ə verilən məlumata görə, İsmayıllı Elektrik
Şəbəkəsinin (EŞ) ərazisində 110 kV-luq “Qəbələ-1” hava xəttində
sentyabrın 2-də gücləndirmə işləri həyata keçiriləcək.




Bildirilib ki, bununla əlaqədar olaraq saat 09:00-dan 17:00-dək
rayonun Buynuz, İstisu, Qalacıq, Sumağallı, Topçu kəndlərində,
eləcə də bir sıra sahibkarlıq obyektlərində elektrik enerjisinin
verilişində məhdudiyyət yaranacaq.

“Gücləndirmə işləri başa çatdıqdan sonra həmin yaşayış
məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”,
– deyə məlumatda qeyd olunub.