Avqust ayında zəhərlənənlərin sayı açıqlandı

Baş səhifə

Bakı. Trend:

Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə
zəhərlənmə səbəbi ilə 94 nəfər qəbul edilib.

Bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd
Trend-in sorğusuna cavab olaraq bildirib.

“Şöbəyə qəbul edilən xəstələrdən 30 nəfər dərmandan, 37-si sirkə
turşusundan, 5-i həlledici məhluldan zəhərlənən şəxslərdir.




Həmçinin 13 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2
nəfər botulizm zəhərlənməsi səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü (2
nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu zəhərlənmələrindən qeydə alınıb”, –
məlumatda deyilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir