Qızılın qiyməti tarixi maksimuma yüksəldi

Baş səhifə

Qızılın qiyməti tarixi maksimuma yüksəlib.

Metbuat.az xəbər verir ki, ABŞ dollarının zəifləməsi və bu ay faiz dərəcəsinin azaldılacağına dair gözləntilərin artması fonunda qiymətli metal artıq altıncı ticarət sessiyasıdır ki, bahalaşmasını davam etdirir.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.56% artaraq 3.566 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 2.54% artaraq 41.75 ABŞ dolları təşkil edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.