İki ay öncə yanıq xəsarətləri alan kişi xəstəxanada ölüb

Baş səhifə

İki ay öncə Saatlıda yanıq xəsarətləri alan kişi xəstəxanada ölüb.

APA xəbər verir ki, 1952-ci il təvəllüdlü Teyyub Ağayev 2 iyulda yük avtomobili ilə ot bağlaması daşıyarkən ot bağlamasının elektrik naqilinə dəyərək yanması zamanı yanıq xəsarətləri alıb.

O, Bakı şəhəri Nərimanov Tibb Mərkəzinə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir