Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır

Baş səhifə

Bakı. Trend:

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11
illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən
abituriyentlərin ixtisas seçimi bu gün başa çatır.

Trend
xəbər verir ki, seçim 2 sentyabr saat 23:59-dək davam edəcək.




İxtisas seçmək hü­ququ olan abituriyent ali təhsil
müəssisə­ləri­nin və orta ix­tisas təhsili müəssisələ­rinin 20-dək
ixtisas kodu­nu seçib, onları
eservices.dim.gov.az/erizebak/ixtisas2
inter­net ünvanında
yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi
ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Ali təhsil
müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı
“Abituriyent” jurnalının 7-ci sayında dərc olunub. Orta ixtisas
məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent”
jurnalının 5‑ci sayında dərc olunub.