
Bakı. Trend:
Abşeron rayonunun bir sıra ərazilərində təmir-bərpa işləri ilə
əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Trend
xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət
göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması
məqsədilə Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin
(RETSİ) ərazisində 2 sentyabr tarixində təmir-bərpa işləri
aparılacaq.
“Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Xırdalan
şəhəri Əhməd Cavad, Tofiq Bayramov, Vəli Axundov küçələri, Heydər
Əliyev prospektinin bir hissəsi, saat 10:00-dan 14:00-dək Masazır
qəsəbəsi Əliağa Vahid, Həzi Aslanov, Hüseyn Arif küçələri, Qobu
qəsəbəsi Kərpic zavodun ətrafında yerləşən yaşayış yerlərində
elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-bərpa
işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli
elektrik enerjisi ilə təmin olunacaq”, – deyə əlavə edilib.