Türkiyə beynəlxalq axtarışa verilmiş 14 nəfəri ölkəyə gətizdirib

Baş səhifə

Bakı. Trend:

Türkiyə hüquq mühafizə orqanları axtarışda olan 14 cinayətkarı
ölkəyə gətizdirib.

Trend xəbər verir
ki, bu barədə Türkiyənin DİN rəhbəri Əli Yerlikaya öz sosial şəbəkə
hesabında məlumat paylaşıb.




Saxlanılan cinayətkarların 8-i Gürcüstandan, 2-i Albaniyadan,
2-i Almaniyadan, digər ikisi isə Seneqal və Yunanıstandan
gətirilib.

Saxlanılan şəxslərin qanunsuz mütəşəkkil dəstə qurma,
soyğunçuluq, hədə-qorxu gəlmə, cinsi istismar, adamöldürmə və başqa
cinayətlərdə təqsirli bilindikləri qeyd olunur.