
Bakı. Trend:
“Mançester Yunayted” daha bir transferini reallaşdırıb.
Trend xəbər
verir ki, Mançester klubu qolkiper Senne Lammenslə 2030-cu ilə
qədər nəzərdə tutulan müqavilə bağlayıb.
Belçika millisinin futbolçusu üçün “Antverpen”ə 21 milyon avro
ödənilib, əlavə bonuslar da nəzərdə tutulub.
Qeyd edək ki, Lammens Belçika klubunda ötən mövsüm ümumilikdə 44
oyun keçirib və qapısında 56 qol görüb.

