
Bakı. Trend:
Ağdamın “Qarabağ” futbol klubunun Çempionlar Liqasındakı
rəqiblərindən olan İngiltərənin “Liverpul” klubu yay transfer
pəncərəsində yeni futbolçuların alınmasına rekord məbləğ – 483
milyon avro sərf edib.
Trend xəbər verir
ki, bu barədə “Transfermarkt” portalı yazır.
Mersisaydlılar cari pəncərədə yeddi futbolçunu heyətlərinə
qatıblar. Onların arasında İngiltərə Premyer-Liqası üçün rekord
qiymətə – 144 milyon avroya alınmış forvard Aleksandr İsak,
həmçinin hücumçu Florian Virtz yer alır (125 milyon avro)
Buna qədər transfer rekordu İngiltərənin “Çelsi” klubunda idi.
Sözügedən klub 2023-cü ilin yay transfer pəncərəsində yeni
oyunçuların alınması üçün 464 milyon avrosundan keçmişdi.