Yol Polisindən velosiped idarə edənlərə MÜRACİƏT

Baş səhifə

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi velosiped idarə edənlərə müraciət
edib.

Trend
həmin müraciəti təqdim edir:

“Ölkəmizdə sağlam həyat tərzinin təşviqi və ekoloji cəhətdən
təmiz nəqliyyat vasitəsi kimi velosipeddən istifadənin artması
sevindirici haldır. Lakin unudulmamalıdır ki, velosipedçilər də yol
hərəkətinin bərabərhüquqlu iştirakçılarıdır və müəyyən edilmiş
qaydalara əməl etməyə borcludurlar.




Son vaxtlar müşahidələr göstərir ki, bəzi velosipedçilərin yol
hərəkəti qaydalarını pozması nəticəsində xoşagəlməz hadisələr baş
verir, bu isə onların xəsarət alması, bəzən isə həyatını itirməsi
ilə nəticələnir.

Xatırladırıq ki, velosiped sürərkən əlləri sükandan çəkərək
telefonla danışmaq yolverilməzdir. İstiqaməti dəyişərkən və ya
yolayrıcında dönərkən qəfil manevrlərə yol verilməməli, digər
hərəkət iştirakçıları əvvəlcədən əl işarəsi ilə xəbərdar
edilməlidir. Bundan başqa, xüsusi velosiped zolaqları olan yerlərdə
yalnız həmin zolaqlardan, digər hallarda isə yolun sağ kənarından
istifadə olunması vacibdir.

Unutmayın ki, yol hərəkəti qaydalarına riayət etmək – həyatınızı
qorumağın ən etibarlı yoludur”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir