
Hindistan qarşılıqlı ticarət razılaşması əldə etmək məqsədilə ABŞ-la danışıqlar aparır.
APA “Reuters” ə istinadən xəbər verir ki, bunu Hindistanın ticarət naziri Piyuş Qoyal deyib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Trampın Hindistana tətbiq etdiyi əlavə 25 %-lik tarif vergisi iki ölkə arasında gərginliyə səbəb olub.