Prezident İlham Əliyev “China National Chemical Engineering” (CNCEC) şirkətinin sədri ilə görüşü

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 2-də Çinin Tiencin şəhərində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev “China National Chemical
Engineering” (CNCEC) şirkətinin sədri Mo Dinqqı ilə görüşüb.

Trend xəbər verir ki, söhbət zamanı Azərbaycanla şirkət arasında
neft-kimya sənayesi, neft emalı fəaliyyəti və neft-kimya
məhsullarının istehsalı sahələrində əməkdaşlıqla bağlı fikir
mübadiləsi aparıldı.

“China National Chemical Engineering” (CNCEC) şirkətinin sədri
Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu qeyd
etdi.

Sonda dövlətimizin başçısının və şirkətin sədrinin iştirakı ilə
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Çinin
Milli Kimya Mühəndisliyi və Tikinti Korporasiyası “Seven LTD”
arasında imzalanmış Çərçivə Sazişinin mübadiləsi oldu. Sənəd
Azərbaycanda və üçüncü ölkələrdə birgə layihələrin icrasını nəzərdə
tutur.