ADY bu il 260-dan çox blok qatarı qəbul edib

Baş səhifə

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən 2025-ci ilin 8 ayında 265 blok qatar qəbul edilib.

ADY-dən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə qəbul edilən blok qatarların sayı keçən ilin müvafiq dövrünün göstəricisindən 58% çoxdur.

Məlumata görə, ilin yanvar-avqust aylarında bu qatarlarla 28 261 TEU konteyner yük daşınıb və ötən ilin eyni dövrü ilə müqayisədə 67% artım qeydə alınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir