Azərbaycanda pul bazası son bir ildə 3%-ə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 21,122 milyard
manat təşkil edib.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.




Məlumata görə, bu, avqustun 1-i ilə müqayisədə 121,2 milyon
manat və ya 0,6% azdır.

Eyni zamanda, Azərbaycanda pul bazası bu ilin əvvəlinə nisbətən
205,3 milyon manat və ya 1%, son 1 ildə isə 571,8 milyon manat,
yaxud 2,8% artıb.