
Bakı. Trend:
Paytaxtın Binəqədi və Nəsimi rayonlarında iki vətəndaşa məxsus
içərisində 2280 manat nağd pul, 2 mobil telefon, bank kartı və
sənədlər olan çantalar oğurlanıb.
Trend
xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, bu barədə zərərçəkən şəxslər polisə məlumat
veriblər.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış
tədbirləri ilə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 26
yaşlı O.Məmmədov, tanışı 22 yaşlı R.Sadiqov və əvvəllər məhkum
olunmuş 47 yaşlı X.Əliyev saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.