“Dədə Qorqud” tankeri Xəzər dənizində yükdaşıma əməliyyatlarını bərpa edib

Baş səhifə

Bakı. Trend:

“AZCON Holding”in tərkibinə daxil olan Xəzər Dəniz Gəmiçiliyinin
(ASCO) “Dədə Qorqud” tankeri təmir olunaraq istismara
qaytarılıb.

Trend-in ASCO-ya
istinadən verdiyi məlumata görə, təmir zamanı gəminin sualtı
hissələri, üst qurğusu, maşın otağı və əsas göyərtədəki
avadanlıqlar təmizlənib və rənglənib. Bundan əlavə, bütün
klapanların kapital təmiri aparılıb, dülgər, korpus-qaynaq və
elektrik-montaj işləri həyata keçirilib.

Məlumatda qeyd olunur ki, gəmiyə rabitə və
elektron-radionaviqasiya sistemləri üçün yeni avadanlıqlar
quraşdırılıb. Xüsusilə MF/HF tipli stasionar radiostansiya və
siqnal paylayıcısı quraşdırılaraq istifadəyə verilib. Həmçinin,
giroskopik kompasın, radiolokatorun və səsgücləndirici rabitənin
nasaz elementləri yeniləri ilə əvəzlənib.




“Zığ gəmi təmiri və gəmiqayırma zavodunda aparılan təmir
işlərindən sonra tanker yenidən istismara qaytarılıb”.

Qeyd edək ki, ‘Dədə Qorqud’ tankerinin uzunluğu 149,9 metr, eni
17,3 metr, dedveyt yükdaşıma qabiliyyəti isə 13 800 tondur”, – deyə
məlumatda bildirilir.