Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1124-ə çatıb, 3251 nəfər yaralı var – YENİLƏNİB

Baş səhifə

Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1124 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “Reuters” Əfqanıstan Qızıl Aypara Cəmiyyətinə istinadən məlumat yayıb.

Məlumata görə, 8 mindən çox ev dağılıb, 3251 nəfər yaralı var.

***

10.52

Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 900-ə çatıb.

APA xəbər verir ki, bu barədə Əfqanıstanın Fəlakətlərlə Mübarizə üzrə Milli Agentliyin mətbuat xidməti məlumat verib.

Xəsarət alanların sayı isə 3000 nəfərdir.

Ölü sayının ciddi dərəcədə artacağı istisna edilməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir