
Bakı. Trend:
Çinin Honq-Konq muxtar bölgəsində yerləşən Disneylend əyləncə
mərkəzində filippinli turist attraksionda olarkən ölüb.
Trend xəbər verir
ki, bu barədə “Independent” nəşri yazır.
53 yaşlı kişi “Frozen Ever After” adlı attraksiona həyat yoldaşı
ilə minib. Çox keçmədən huşunu itirib. Xəstəxanaya çatdırılsa da,
həkimlər onun həyatını xilas edə bilməyib. Ürək xəstəliyindən
əziyyət çəkən həmin şəxs 2 saat ərzində vəfat edib.
Filippinli turistin həyat yoldaşı onun attraksionda yürüş zamanı
komaya düşdüyünü bildirib. İlkin araşdırma ölüm insidentinin
“attraksiondan istifadə qaydalarının pozulması” ilə bağlı
olmadığını əmin etsə də, həmin atraksionun bir ay müddətinə
bağlandığı bildirilir.

