Bakıda saxlanılan narkokuryerdən 10 kiloqram marixuana aşkarlandı

Baş səhifə

Bakı. Trend:

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları
tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına
qarşı keçirilən əməliyyat zamanı 42 yaşlı A.Həsənov saxlanılıb.

Trend
xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, ondan 10 kiloqram tərkibi zərərli qatqılarla
zənginləşdirilmiş marixuana aşkarlanıb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri maddi gəlir
qazanmaq niyyəti ilə şəxsiyyəti istintaqla araşdırılan İran
vətəndaşından əldə etdiyini bildirib.




Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

A.Həsənovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də
müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində
tədbirlər davam etdirilir.