
Bakı. Trend:
Türkiyənin “Qalatasaray” komandasının tarixində rekord transfer
qeydə alınıb.
Trend xəbər
verir ki, İstanbul təmsilçisi Uğurcan Çakır üçün “Trabzonspor”a 33
milyon avro bonservis və əlavə olaraq 3 milyon avro bonus
ödəyib.
Bu məbləğ klubun tarixində rekord bonservis kimi qeydə
alınıb.
Qapıçı “cim-bom”la 2029/2030-cu illər mövsümünün sonuna qədər
müqavilə imzalayıb.

