
Bakı. Trend:
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənov Vyetnam Sosialist Respublikasında rəsmi
səfərdədir.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 2-də general-polkovnik Z.Həsənov
Avqust İnqilabının 80-ci ildönümü və Vyetnam Sosialist
Respublikasının Milli Günü münasibəti ilə keçirilən təntənəli
mərasimdə iştirak edib.
Dövlət rəsmiləri, xarici qonaqlar və xeyli sayda vətəndaşın
iştirakı ilə Hanoy şəhərində yerləşən “Ba Dinh” Meydanında
keçirilən tədbirdə Vyetnamın azadlıq uğrunda tarixi mübarizəsi
xatırlanıb, xalqın milli birliyi və sosialist inkişaf yolunda əldə
etdiyi nailiyyətlər vurğulanıb.
Mərasim çərçivəsində rəsmi çıxışlar, ədəbi-bədii kompozisiyalar,
hərbi orkestrin ifası və müxtəlif mədəniyyət proqramları təqdim
olunub, əlamətdar günə həsr edilmiş hərbi parad keçirilib.
Səfər çərçivəsində müdafiə nazirinin Vyetnamın dövlət başçısı və
hərbi rəhbərliyi ilə görüşləri planlaşdırılır.