“Azəristilik” qışa nə dərəcədə hazırdır? –

Baş səhifə

Payız-qış mövsümü yaxınlaşdıqca paytaxtın istilik təchizatına hazırlıq işlərinin vəziyyəti əsas müzakirə mövzularından birinə çevrilir.

Bu barədə Azəristiliktəchizat ASC-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda payız-qış mövsümünə hazırlıq işləri çərçivəsində magistral və məhəllədaxili istilik xətlərində sınaq-yoxlama tədbirləri həyata keçirilir:

“Müəyyən edilən texniki nasazlıqlar isə mövsüm başlamadan əvvəl aradan qaldırılır. Bununla yanaşı, qazanxanaların tam sınaqdan keçirilməsi, avadanlıqların sazlanması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində işlər aparılır. İstehlakçılara xatırladılıb ki, borcların vaxtında ödənilməsi həm xidmətin keyfiyyətinin qorunmasına, həm də istilik təchizatında dayanıqlığın təmin edilməsinə şərait yaradır”.

Qurumdan onu da qeyd ediblər ki, istismarı qeyri-səmərəli olan köhnə tipli qazanxanaların mərhələli şəkildə modernləşdirilməsi ilə bağlı tədbirlər davam etdirilməkdədir:

“2024-cü ildə ilkin mərhələdə yarasız vəziyyətdə olan 4 ədəd qazanxana tamamilə sökülərək müasir avadanlıqlar quraşdırılmaqla modernləşdirilib.Zirzəmidə yerləşən 1 ədəd qazanxana zirzəmidən çıxarılaraq yenidən qurulub.

Modernləşdirilən qazanxanaların quraşdırılanümumi gücü 20,6 MVt (17,75 Qkal.saaat) təşkil edir və 53 yaşayış binası, 4 məktəb, 5 uşaq bağçası, 2 səhiyyə obyekti və 24 digər istehlakçıların yüksək keyfiyyətdə istiliklə təmin edilməsinə imkan verəcəkdir”.

Xatırladaq ki, yeni qazanxanaların 15 noyabr istilik mövsümünə istismara verilməsi nəzərdə tutulur.

Gülbəniz Hüseynli / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.