TAP-la Avropaya 50 milyard kubmetr təbii qaz nəql olunub

Baş səhifə

Bakı. Trend:

Trans-Adriatik qaz kəməri (TAP) ilə kommersiya istismarının
başlandığı andan etibarən Avropaya 50 milyard kubmetr təbii qaz
nəql olunub.

Bu barədə Trend
TAP AG-yə istinadən xəbər verir.

TAP fəaliyyətə başladığı 2020-ci ilin sonundan bəri:

İtaliyaya 41,7 milyard kubmetrdən çox,

Yunanıstana 4,8 milyard kubmetrdən çox,

Bolqarıstana 3,2 milyard kubmetrdən çox təbii qaz nəql
olunub.




TAP idarəedici direktoru Luka Skyeppati qeyd edib ki, TAP-ın
ötürücülük qabiliyyətinin genişləndirilməsi üzrə birinci mərhələ
artıq icra olunmaqdadır və bu, 2026-cı ilin əvvəlindən etibarən
uzunmüddətli kontraktlar üzrə hər il əlavə olaraq 1,2 milyard
kubmetr qazın daşınmasına imkan yaradacaq.

“Bu tələbatdan və Avropanın enerji landşaftının inkişafından
asılı olaraq bazar sınaqları vasitəsilə güclərin daha da
genişləndirilməsinə yol aça bilər”, – deyə o əlavə edib.

TAP kommersiya departamentinin rəhbəri Mariya Savova isə
vurğulayıb ki, 2023-cü il bazar sınağının başa çatması və 2025-ci
il bazar sınağının işə salınması ilə TAP AG şirkəti tələbatı
qarşılamağa və güclərin daha da genişləndirilməsini təmin etməyə
hazırdır.

Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorunda
yerləşən “Şahdəniz” yatağından çıxarılan qazı Avropaya nəql edir.
877 kilometr uzanan boru xətti Türkiyə-Yunanıstan sərhədində
(Kipoi) Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə birləşir və
beləcə, Yunanıstan və Albaniya ərazilərindən, ardınca Adriatik
dənizdən keçərək, İtaliyanın cənub sahillərinə çıxır.

TAP mövcud və potensial interkonnektorlar vasitəsilə Cənub-Şərqi
Avropa ölkələrinin qazla təchizatına vasitəçilik edir. TAP 2022-ci
ilin oktyabr ayından istismara verilmiş Yunanıstan-Bolqarıstan
(IGB) interkonnektoruna da bağlıdır və onun vasitəsilə Xəzər qazı
Bolqarıstana tədarük olunur. TAP-ın Yunanıstan və Albaniyaya,
həmçinin, İtaliyanın cənub sahillərinə çıxışı Azərbaycan qazının
daha böyük Avropa bazarlarına çıxışına əlavə imkanlar yaradır.

TAP-ın pay sahibləri bunlardır: bp (20 faiz), SOCAR (20 faiz),
“Snam” (20 faiz), “Fluxys” (20 faiz), “Enagas” (20 faiz).

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir