Bakının mərkəzində qəza olub, svetofor aşıb – VİDEO

Baş səhifə

Bu gün səhər saatlarında paytaxtın Səbail rayonu, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, qəza nəticəsində 1 ədəd svetofor obyekti yararsız hala düşüb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yararsız hala düşmüş svetoforun yenisi ilə əvəz edilməsi işləri görülür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir