
Bakı. Trend:
Şirvanda avtoxuliqanlıq edən sürücü tutulub.
Trend-in məlumatına görə, Şirvan Şəhər Polis Şöbəsinin
Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən
profilaktik tədbirlərlə idarə etdiyi “VAZ-2106” markalı nəqliyyat
vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və hərəkət
iştirakçılarına təhlükə yaradan sürücü Xaləddin Əliyev
saxlanılıb.
Onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə X.Əliyev 17 sutka inzibati qaydada həbs
edilib.