
Bakı. Trend:
Orta Dəhlizlə daşınan yüklərin həcminin və ötürücülük
qabiliyyətinin genişləndirilməsi üçün liman və multimodal
infrastrukturun gücləndirilməsinə ehtiyac var.
Bunu Trend-ə
Almaniyanın Federal Rəqəmsal Texnologiyalar və Nəqliyyat
Nazirliyindən bildiriblər.
Qurumdan qeyd olunub ki, regionda nəqliyyat əlaqəliliyinin
inkişafı üçün Almaniya Avropa İttifaqının institutları, digər
təşkilatlar, həmçinin, onların regional proqramları ilə əməkdaşlıq
edir və səylərini əlaqələndirir.
“Biz bütün Mərkəzi Asiya regionuna xüsusi diqqət yetiririk və
Avropa ilə nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına çalışırıq.
Xüsusi maraq doğuran məqam isə Mərkəzi Asiyada dəmir yolu
nəqliyyatının gücləndirilməsi üçün infrastrukturun
yaxşılaşdırılmasıdır”, – deyə nazirlikdən vurğulanıb.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,
Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.
Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və
Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,
Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta
Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə
birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu
təklif edir.

