
Bakı. Trend:
Aqrar Sığorta Fondunun fəaliyyət göstərdiyi 2020-2024-cü illər
ərzində yanğın riski üzrə təqribən 30 min manatlıq sığorta ödənişi
həyata keçirilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Fond-dan məlumat
verilib.
Bildirilib ki, 2020-2024-cü illər ərzində 16 rayondan olan
sığortalı fermerlər tərəfindən əkin sahələrində yanğın və bu
səbəbdən əkin sahələrinə dəyən zərərlər üzrə 21 müraciət daxil
olub.
Bu müraciətlərin araşdırılması zamanı 16 hadisə zamanı əkin
sahəsinə zərər dəydiyi müayyən edilib.
Nəticədə fermerlərə 122 hektar əkin sahələri üzrə ümumilikdə 28
762 manat sığorta ödənişi edilib.