
Bakı. Trend:
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların
İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Neftçala Sənaye
Məhəlləsinin rezidenti “Gedik Kaynak” MMC ilk dəfə olaraq
Özbəkistana elektrod ixracına başlayıb. Şirkət tərəfindən bu ölkəyə
ümumilikdə 200 ton həcmində məhsul göndərilməsi nəzərdə tutulur. Bu
həmçinin, Azərbaycanın Özbəksitana ilk elektod ixracıdır.
Trend bu barədə
İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Qeyd edək ki, “Gedik Kaynak” MMC 2021-ci ildə Neftçala Sənaye
Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Şirkət tərəfindən
Sənaye Məhəlləsinin ərazisində 2 növdə olmaqla 8 ölçüdə elektrod
istehsal olunur. Müəssisənin aylıq istehsal gücü 300 ton təşkil
edir. İnvestisiya dəyəri 7,5 milyon manat olan zavodda 20 nəfər
daimi işlə təmin edilib.