Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın – Sakinlər təxliyə edildi (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında
yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən xəbərə
görə, əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və
Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Bildirilib ki, hadisə yerində əməliyyat şəraiti
qiymətləndirilərkən yanğının onikimərtəbəli yaşayış binasının 11-ci
mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.

FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın
genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.




Yanğın nəticəsində ümumi sahəsi 80 kv.m olan üçotaqlı mənzilin
mətbəxinin və eyvanının yanar konstruksiyaları 18 kv.m sahədə
yanıb.

Digər otaqlar və qonşu mənzillər yanğından mühafizə edilib.

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində
3-ü azyaşlı olmaqla 12 nəfər təxliyə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir