2025-ci ildə Livandan 200 minə yaxın qaçqın Suriyaya qayıdıb – BMT

Baş səhifə

Bakı. Trend:

Suriyalıların öz ölkələrinə mərhələli şəkildə qayıtması üçün
plan hazırlayan Livan hakimiyyəti öz ərazisində 1,5 milyondan çox
Suriya vətəndaşının olduğunu, onlardan 755 mindən çoxunun BMT-də
qeydiyyatdan keçdiyini hesablayıb.

Trend xəbər
verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müavini Kelli
Klementsin sözlərinə görə, 2025-ci ildə Bəşər Əsəd rejiminin
süqutundan sonra 200 minə yaxın suriyalı qaçqın Livandan öz
ölkələrinə qayıdıb.

Onların əksəriyyəti öz təşəbbüsü ilə geri dönüb. Klements
Suriyaya səfərindən sonra əlavə edib ki, “bu say çox sürətlə artır”
və Həma, Homs və Hələb istiqamətində kütləvi qayıdış var.




Livan planı ölkəni tərk etmək istəyən hər bir qaçqına 100 dollar
yardım ödənilməsini, habelə ölkədə qeyri-qanuni qalmağa görə
cərimələrdən azad edilməsini nəzərdə tutur. Müraciət edənlər
sığınacaq axtaran şəxs kimi Livana qayıtmamağı öhdələrinə
götürürlər.

BMT QAK geri qayıdanları dəstəkləmək planını həyata keçirir, o
cümlədən “mənzillərin kiçik təmiri” və maliyyə yardımı, habelə əsas
ehtiyacları təmin edir. Ali Komissarın sözlərinə görə, Suriyada
evlərin təxminən 80%-i zədələnib və hər üç ailədən birinin mənzil
dəstəyinə ehtiyacı var. “Ehtiyaclar çox böyükdür. Livanın büdcəsi
azalır, Suriyanın büdcəsi isə böyüyür”, -deyə o vurğulayıb.

BMT-nin məlumatına görə, Bəşər Əsədin devrilməsindən sonra iki
milyondan çox qaçqın və məcburi köçkün Suriyaya qayıdıb. Geri
qayıtmasına baxmayaraq, 13,5 milyon suriyalı ölkədən kənarda qaçqın
və ya məcburi köçkün olaraq qalır. BMT-nin məlumatına görə, yeni
hakimiyyət Bəşər Əsəd rejimindən məhv olmuş iqtisadiyyatı, dağılmış
infrastrukturu və yoxsulluq həddinin altında yaşayan vətəndaşların
əksəriyyəti olan bir ölkəni miras alıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir