Ankara ATƏT-in Minsk qrupunun buraxılması qərarını alqışlayır – Türkiyə XİN

Baş səhifə

Bakı. Trend:

Türkiyə çərşənbə axşamı, sentyabrın 2-də Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatının (ATƏT) Ermənistan ilə Azərbaycan
arasında Qarabağ bölgəsi ilə bağlı münaqişədə vasitəçilik etmək
üçün otuz il əvvəl yaradılmış Minsk qrupunu ləğv etmək qərarını
alqışlayıb.

Trend xəbər
verir ki, Türkiyə XİN-in bununla bağlı verdiyi bəyanatda
deyilir:

“Biz ATƏT Nazirlər Şurasının 2025-ci il sentyabrın 1-də Minsk
qrupu və ona bağlı strukturların ləğvi ilə bağlı qəbul etdiyi
qərarı alqışlayırıq. İki ölkənin birgə səyləri nəticəsində mümkün
olan bu tarixi qərar Azərbaycan ilə Ermənistan arasında sülh
prosesində mühüm mərhələlərdən birini təşkil edir”.




Minsk qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə
həllini asanlaşdırmaq üçün yaradılıb və Rusiya, ABŞ və Fransanın
həmsədr kimi fəaliyyət göstərməsinə baxmayaraq, uzunmüddətli
nizamlanma əldə edə bilməyib. Azərbaycan uzun müddətdir ki,
Ermənistanla rəsmi sülh razılaşmasına doğru irəliləyiş üçün ilkin
şərt kimi qrupun buraxılmasını tələb edirdi.

Qrupun ləğvi ilə bağlı qərar avqustun 8-də ABŞ Prezidenti Donald
Trampın ev sahibliyi ilə Ağ Evdə Azərbaycan Prezidenti İlham
Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında
danışıqlardan sonra verilib. Daha sonra hər iki ölkənin xarici
işlər nazirləri qrupun ləğvi ilə bağlı ATƏT-ə birgə sorğu təqdim
ediblər.

Bəyanatın sonunda deyilir: “Türkiyə münaqişədə Azərbaycanı daim
dəstəkləyib və bu qərarı Cənubi Qafqazda davamlı sülhün yaradılması
istiqamətində atılan addım kimi qiymətləndirir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir