Yardımlıda inzibati binada yanğın olub – FOTO – YENİLƏNİB

Baş səhifə

Yardımlı şəhərində yanğın olub.

APA FHN-ə istinadən xəbıər verir ki, ümumi sahəsi 208 m² olan birmərtəbəli inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə, 1 otağının tavanı 25 m² sahədə və 12 ədəd stul yanıb. İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

13.13

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yardımlı rayonu, Heydər Əliyev küçəsində tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə APA-ya FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yardımlı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.