
Bakı. Trend:
Abşeronda 1 nəfər süni sututarında batıb.
Trend xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Abşeron rayonunun Digah qəsəbəsində 1 nəfərin
süni sututarında batıb.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət
Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.

