
Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Xankəndidə uzun illər separatçı rejimin
qondarma “Xarici İşlər Nazirliyi”nin istifadə etdiyi inzibati
binanın söküntüsünə başlanılıb.
Onun yerində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında
Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi üçün müasir
inzibati bina inşa olunacaq.
Trend xəbər
verir ki, Dövlət Komitəsi inşa olunacaq yeni binanın görüntülərini
yayıb.
Bildirilib ki, binanın söküntüsü rəmzi olaraq 2 sentyabr
tarixində – vaxtilə qondarma tarixə qovuşmuş və unudulan qondarma
“respublika” elan olunduğu gündə başlayıb.
“Bu tarixin seçilməsi təsadüfi deyil – məqsəd torpaqlarımızda
separatizmin izlərini tamamilə aradan qaldırmaq, Azərbaycanın ərazi
bütövlüyü üzərində bərqərar olan yeni quruculuq və inkişaf
mərhələsinin başladığını bir daha vurğulamaqdır”, – deyə məlumatda
qeyd edilib.

