Zəngəzur dəhlizi məsələsində hər hansı fikir ayrılığı yoxdur – Ərdoğan

Baş səhifə

Bakı. Trend:

Mən inanıram ki, Cənubi Qafqaz həsrətini çəkdiyi sülhə
qovuşacaq. Prezident İlham Əliyevlə keçirdiyim ikitərəfli görüşdə
də həmin ümidi gördüm.

Trend xəbər verir
ki, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Çin səfərindən
qayıdan zaman jurnalistlərə verdiyi açıqlamada deyib.

“Ağ Evdəki imzalar, təbii ki, Ermənistan–Azərbaycan normallaşma
prosesini sürətləndirdi. Azərbaycan və Ermənistan sülh yolunda
maneələri əhəmiyyətli dərəcədə aradan qaldıraraq son nöqtəyə qədər
gəliblər”, – o bildirib.




Türkiyə lideri Zəngəzur dəhlizindən də söz açıb.

“Azərbaycan Prezidenti İlham Əliyevlə, ardınca isə Ermənistanın
Baş naziri Nikol Paşinyanla geniş müzakirələr apardıq. Həm
Əliyevin, həm də Paşinyanın eyni mövqedə olduqlarını gördüm. Onlar
eyni istiqamətə baxırlar. Zəngəzur dəhlizi məsələsində də hər hansı
bir problem və ya fikir ayrılığı yoxdur. İlham Əliyev bu məsələdə
daha da qətiyyətlidir. Xüsusilə ABŞ səfərindəki o görüş, o təmas
onların atacaqları addımlarda, demək olar ki, həlledici rol
oynayıb”, – deyə o vurğulayıb.

Ərdoğan sülhün təmin olunmasının bölgə üçün çox önəmli olduğunu,
bunun sayəsində bölgədə quru və dəmir yollarının canlanacağını,
bölgə ölkələrinin bundan qazanc əldə edəcəyini diqqətə
çatdırıb.