“ARB 24” TV Trend İnformasiya Agentliyinin yaranmasının 30 illiyi münasibətilə reportaj hazırlayıb (VİDEO)

Baş səhifə

Bakı. Trend:

“ARB 24” TV Trend İnformasiya Agentliyinin yaranmasının 30
illiyi münasibətilə reportaj hazırlayıb.

Reportajda 30 il öncə kiçik bir kollektivlə işə başlayan
Agentliyin dünyanın müxtəlif ölkələrindən sədasının gəlməsindən,
Agentliyin iş prinsiplərindən söz açılıb.

“Bu gün Trend Beynəlxalq İnformasiya Agentliyinin yaranma
günüdür. 1995-ci ildə fəaliyyətə başlayan Trend İnformasiya
Agentliyinin 30 yaşı tamam olur. Fəaliyyətə başlayanda bir neçə
əməkdaşı olsa da, qısa müddət ərzində həm yaradıcı, həm də ümumi
tərkibi böyüdü və ən çox istinad edilən İnformasiya
Agentliklərindən birinə çevrildi. Trend hazırda Azərbaycan dili də
daxil olmaqla, 3 dildə xəbərlər hazırlayır”, – reportajda
deyilir.




Qeyd edək ki, Trend İnformasiya Agentliyi 1995-ci ildə təsis
olunub və ötən müddətdə Azərbaycanın aparıcı media qurumlarından
birinə çevrilib. Agentlik Azərbaycan, rus, ingilis dillərində
yayımladığı xəbərlərlə yalnız ölkə daxilində deyil, həm də
beynəlxalq informasiya məkanında geniş auditoriyaya çıxış əldə
edib. Trend hazırda iqtisadiyyat, siyasət, cəmiyyət, mədəniyyət və
idman sahələrində operativ xəbərlər təqdim etməklə yanaşı, analitik
materialları ilə də seçilir. Bu gün agentlik həm Azərbaycan, həm də
region üzrə əsas və etibarlı xəbər mənbələrindən biri kimi
fəaliyyətini uğurla davam etdirir.

Daha ətraflı videomaterialda: