Azərbaycan və ABŞ arasında maliyyə bazalarının və ödəniş sistemlərinin inkişaf perspektivləri dəyərləndirilib

Baş səhifə

Bakı. Trend:

Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycanda səfərdə olan
Bank of New York Mellonun (BNY) baş icraçı vitse-prezidenti Hani
Kablavinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Trend
Mərkəzi Banka istinadən xəbər verir.




Görüş zamanı Azərbaycanda maliyyə bazalarının və ödəniş
sistemlərinin inkişaf perspektivləri, kapital bazarlarının cari
meyilləri, süni intellektin tətbiqinin genişləndirilməsi, həmçinin
kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsi sahəsində həyata
keçirilən fəaliyyətlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin “2024-2026-cı illərdə maliyyə sektorunun
inkişaf Strategiyası” çərçivəsində prioritet sahələr və bu
istiqamətdə gələcək əməkdaşlıq imkanları ətraflı müzakirə
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir