Xaçmazın Əbilyataq kəndində səyyar qəbul keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, idarə,
müəssiə və təşkilat rəhbərlərinin iştirakı ilə Əbilyataq kəndində
səyyar qəbul keçirib.

Trend
xəbər verir ki, qəbulda Əbilyataq kəndi ilə yanaşı Niyazoba
İnzibati Ərazi Dairəsi üzrə nümayədəliyinə daxil olan Niyazoba,
Qarabağlı, Ağçay və Qarğalıq kəndlərinin sakinləri iştirak
edib.

Görüş iştirakçıları əvvəlcə Əbilyataq kəndində şəhid Elçin
Mövlamovun büstü üzərinə gül dəstələri qoyub, şəhidlərimizin əziz
xatirəsini ehtiramla yad ediblər.




Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, suvarma suyu ilə
təchizatın yaxşılaşdırılması və digər müraciətlər
səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq
tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll
edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.