
Bakı. Trend:
Bu ilin avqustun 1-nə Azərbaycan banklarında fiziki şəxslərin
əmanətlərinin həcmi 15,456 milyard manat təşkil edib.
Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata görə, əmanətlərin həcmi cari ilin iyulun 1-nə nisbətən
19,1 milyon manat və ya 0,1%, ötən ilin analoji dövrü ilə
müqayisədə isə 1,5 milyard manat və ya 10,7% artıb.
Bu ilin avqustun 1-nə fiziki şəxslərin milli valyuta ilə
banklarda əmanətlərinin həcmi 10,472 milyard manat, xarici valyuta
ilə isə 4,984 milyard manat təşkil edib.
Milli valyuta ilə əmanətlərin həcmi bu ilin iyulun 1-i ilə
müqayisədə 28,1 milyon manat və ya 0,3%, illik müqayisədə isə 1,2
milyard manat və ya 13,2% artıb.
Xarici valyuta ilə isə bu göstərici cari iyulun 1-nə olan
rəqəmlərə nisbətən 9,1 milyon manat və ya 0,2% azalıb, illik
nisbətdə isə 273,4 milyon manat və ya 5,8% artıb.